Bank Of Baku

Rusiya prezidenti “Qazprom”u Ukraynadan 1,1 milyard dollar pul tələb etməyə çağırıb

Rusiya prezidenti “Qazprom”u Ukraynadan 1,1 milyard dollar pul tələb etməyə çağırıb
# 14 yanvar 2009 14:13 (UTC +04:00)
Moskva – APA. Rusiya prezidenti Dmitri Medvedev “Qazprom” Açıq Səhmdar Cəmiyyətini Ukraynadan 1,1 milyard dollar tələb etməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, D. Medvedev bildirib ki, Avropaya qaz ixracı dayandığı üçün “Qazprom” Ukraynanın günahı üzündən 1,1 milyard dollar itirib: “Bu qədər pulu itirə bilmərik. Hədiyyə dövrü qurtardı. Bu məbləğ günahkarlardan, vəziyyəti bu həddə çatdıranlardan qoparılmalıdır”. D. Medvedev “Qazprom”a məruz qaldığı itkiləri dəqiqliklə hesablamağı, Ukrayna ərazisi ilə tranziti Rusiya üçün məqbul şərtlərdə bərpa etməyi tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR