Bank Of Baku

Vəkillər Kondopoqa hadisələrinə görə azərbaycanlıları ittiham ediblər

Vəkillər Kondopoqa hadisələrinə görə azərbaycanlıları ittiham ediblər
# 15 yanvar 2009 09:31 (UTC +04:00)
Kondopoqa-APA. 2006-cı ilin payızında Kondopoqada baş verən kütləvi iğtişaşlarla bağlı saxlanan şəxslərin vəkilləri baş verən hadisələrə görə yerli sakinlərin deyil, azərbaycanlıların günahkar olduğunu bildiriblər. APA-nın məlumatına görə, məhkəmə prosesində çıxış edən iki şahid 30 avqustda “Çayka” restoranında baş verən davada çeçen və ləzgilərlə yanaşı daha bir neçə qafqazlının iştirak etdiyini bildiriblər. Vəkillər həmin qafqazlıların azərbaycanlılar olduğunu iddia edirlər. Onların sözlərinə görə, iğtişaşların səbəbkarları olan azərbaycanlılar dərhal Rusiyanı tərk etdiyinə görə, onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. İttiham aktına görə, dava zamanı çeçen milliyyətindən olan bir şəxs Kondopoqa sakininə bıçaqla zərbələr endirib, digər beş nəfər isə yerli sakinləri dəyənəklərlə döyməyə başlayıblar. Bu fikirlər şahid ifadələri əsasında təsdiqlənib. Sonradan məhkəmədə ifadə verən 9 zərərçəkən də bu faktı təsdiqləyib. Qeyd edək ki, Kondopoqa sakini qətlə yetirildikdən sonra şəhərdə kütləvi mitinqlər başlayıb, yerli sakinlər qafqazlıların evlərini qarət edib və yandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR