Bank Of Baku

Rusiya hökuməti büdcədə neftin qiymətinə dair proqnozu 40 dollara endirməyə hazırlaşır

Rusiya hökuməti büdcədə neftin qiymətinə dair proqnozu 40 dollara endirməyə hazırlaşır
# 15 yanvar 2009 09:43 (UTC +04:00)
Moskva-APA. Rusiya hökumətinin son toplantısında növbəti makroiqtisadi proqnozlar müzakirə olunub. APA-nın məlumatına əsasən, yeni proqnozlarda neftin orta satış qiyməti 40 dollar götürülüb. Hökumət büdcəyə dair yeni proqnozları yanvarın 19-da açıqlayacaq. Qeyd edək ki, federal büdcədə neftin qiyməti ilə bağlı proqnozlar bir neçə dəfə dəyişdirilib. Baş nazirin müavini İqor Şuvalov proqnoz qiyməti olaraq hər barel üçün 30 dollar müəyyənləşdirilməsini təklif eləsə də, İqtisadi İnkişaf Nazirliyi 2009-cu il üçün proqnozları 50 dollar müəyyənləşdirib. Lakin hökumət üzvləri bu proqnozu real saymırlar. Əgər makroiqtisadi proqnozlarda neftin qiyməti 40 dollar olaraq götürülsə, büdcə xərcləri 15 faiz azaldıla bilər. Bununla belə hökumət xərclərin ixtisarının milli və sosial layihələrə şamil olunmayacağını bildirir. Qeyd edək ki, Rusiya büdcəsinin gəlirlərinin böyük hissəsi neft satışından əldə olunan vəsait hesabına formalaşır. Hazırda neftin qiymətinin büdcədə nəzərdə tutulan proqnozdan aşağı olması nəticəsində büdcədə ciddi kəsir yaranıb. Təkcə ötən ilin noyabr ayında Maliyyə Nazirliyi neftin ucuzlaşması nəticəsində büdcədə 270 milyon rubl kəsir əmələ gəldiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR