Bank Of Baku

İmperator II Nikolay və ailə üzvlərinin güllələnməsi ilə bağlı cinayət işinə xitam verilib

İmperator II Nikolay və ailə üzvlərinin güllələnməsi ilə bağlı cinayət işinə xitam verilib
# 15 yanvar 2009 09:54 (UTC +04:00)
Moskva-APA. Rusiya imperatoru II Nikolay və ailə üzvlərinin güllələnməsi ilə bağlı öldürülməsinə dair başlanmış cinayət işinə xitam verilib. APA-nın məlumatına görə, Rusiya Prokurorluğu yanında istintaq komitəsi cinayət işinin yalnız Yekaterinburq yaxınlığında tapılmış cəsəd qalıqlarının çar ailəsinə məxsus olmadığı təqdirdə davam etdirilə biləcəyini açıqlayıb. Qeyd edək ki, 1991-ci ildə Sverdlovsk vilayəti ərazisində aparılan qazıntılar zamanı çar II Nikolay, xanımı Aleksandra Fyodorovna, onların üç qızı, imperatorun şəxsi həkimi və bir neçə qulluqçunun cəsədinin qalıqları tapıldıqdan sonra cinayət işi başlanıb. Adı çəkilən şəxslərin hamısı 1918-ci il iyulun 17-də bolşeviklər tərəfindən güllələnib. Bu günə kimi yalnız imperatorun iki övladının – Mariya və Alekseyin cəsədlərinin qalıqları tapılmamışdı. Lakin 2007-ci ildə onların da cəsədlərinin qalıqları Yekaterinburq yaxınlığında aşkarlanıb. Cinayət işinin materiallarına əsasən, çarın ailəsinin güllələnməsi barədə şifahi qərar Ural Siyasi Şurasının Prezidiumu tərəfindən qəbul olunub, bu barədə hökumətə əvvəlcədən məlumat verilib. Çar ailəsinin güllələnməsi barədə rəsmi qərar olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR