Bank Of Baku

Çeçen qızını öldürən Yuri Budanov azadlığa buraxılıb

Çeçen qızını öldürən Yuri Budanov azadlığa buraxılıb
# 15 yanvar 2009 11:34 (UTC +04:00)
Moskva – APA. 2000-ci ildə Çeçenistan sakini Elza Kunqayevanı qətlə yetirməkdə ittiham olunaraq həbs edilmiş Rusiya ordusunun keçmiş polkovniki Yuri Budanov azadlığa çıxıb. APA-nın İTAR-TASS agentliyinə istinadən yaydığı məlumata görə, Dimitrovqrad şəhər Məhkəməsinin qatilin vaxtından əvvəl azadlığa buraxılmasına dair 2008-ci il dekabrın 24-də verdiyi qərar 2009-cu il yanvarın 15-də icra edilib. Ancaq Kunqayev ailəsinin vəkili Stanislav Markelov qərarın qanunsuz olduğunu deyib. O, yanvarın 11-də qərardan apellyasiya şikayəti verdiyini, lakin bu şikayətə baxılmadan cinayətkarın azad edildiyini bildirib. Vəkil səlahiyyət həddini aşaraq Y. Budanovu həbsdən buraxan məmurlar haqqında cinayət işi qaldırılmasını istəyəcəyini söyləyib.

Xatırladaq ki, Çeçenistandakı hərbi əməliyyatlarda iştirak edən Y. Budanov 2000-ci ilin yazında E. Kunqayevanı oğurladığına və daha sonra öldürdüyünə görə həbs olunub. 2003-cü ildə o, 10 il müddətinə azadlıqdan məhrum edilib və rütbəsi alınıb. Qatil Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərindəki cəzaçəkmə müəssisəsində saxlanılırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR