Bank Of Baku

Avropada qaz sammiti keçiriləcək

Avropada qaz sammiti keçiriləcək
# 15 yanvar 2009 12:22 (UTC +04:00)
Moskva – APA. Rusiya və Ukrayna arasındakı qaz münaqişəsi ilə bağlı sammit Moskvada deyil, Avropa Birliyi ölkələrinin birində keçiriləcək. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bunu AB-yə sədrlik edən Çexiyanın Rusiyadakı səfiri Miroslav Kostelka deyib. O, Çexiya baş naziri Marek Topolanek və Rusiya prezidenti Dmitri Medvedevin sammitin Avropada keçirilməsi ilə bağlı razılığa gəldiklərini açıqlayıb. Amma səfir toplantının vaxtı və yeri barədə heç nə deməyib. M. Kostelka Avropa Komissiyası, Rusiya və Ukrayna nümayəndələrinin qatılacağı toplantının uğurlu nəticələnəcəyinə inandığını söyləyib.
Xatırladaq ki, Rusiya prezidenti Dmitri Medvedev yığıncağın Moskvada keçirilməsi təklifi ilə çıxış etmiş, Ukrayna prezidenti Viktor Yuşşenko isə bununla razılaşmayaraq Rusiyanın münaqişənin tərəfi olduğuna diqqət çəkmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR