Bank Of Baku

Ötən il Şimali Qafqazda Rusiya Daxili Qoşunlarının 42 əməkdaşı öldürülüb

Ötən il Şimali Qafqazda Rusiya Daxili Qoşunlarının 42 əməkdaşı öldürülüb
# 15 yanvar 2009 12:53 (UTC +04:00)
Moskva-APA. Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ötən il Şimali Qafqazda keçirdiyi əməliyyatlarda 42 nəfər itki verib. APA-nın məlumatına görə, DİN Daxili Qoşunların yeni komandanı, ordu generalı Nikolay Roqoşkin Şimali Qafqazda bu qurumun əməkdaşlarının birbaşa iştirakı ilə keçirilən əməliyyatlarda 100-dən artıq terrorçunun zərərsizləşdirildiyini, silah və sursatla dolu 140 gizli silah anbarının məhv edildiyini, 550-dən artıq silahın müsadirə olunduğunu bildirib. Qeyd edək ki, dekabrın 29-da Rusiya DİN daxili qoşunlarının general-mayoru Valeri Lipinski Mahaçqalada qətlə yetirilib. Terror aktına görə məsuliyyəti öz üzərinə “Şəriət” qruplaşması götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR