Bank Of Baku

Ukrayna prezidenti katibliyinin rəhbərinin qaldığı evdə yanğın baş verib

Ukrayna prezidenti katibliyinin rəhbərinin qaldığı evdə yanğın baş verib
# 15 yanvar 2009 13:18 (UTC +04:00)
Sürix-APA. İsveçrə kurortlarından birində dincələn Ukrayna prezidenti katibliyinin rəhbəri Viktor Baloqanın qaldığı taxta komada yanğın baş verib. APA-nın məlumatına görə, hadisə ötən il dekabrın 29-da baş verib. “İndependent” qəzeti yanğın baş verən zaman president Viktor YUşşenkonun da komada olduğunu yazıb. Qəzet hadisənin prezidentə qarşı törədilmiş sui-qəsd olduğu qənaətindədir. Ukrayna prezidentinin mətbuat katibi isə Viktor Yuşşenkonun dekabrın 27-dən yanvarın 14-nə kimi ölkədən kənara getmədiyini bildirərək məlumatları təkzib edib. “Ukrainskaya pravda” qəzeti isə yanğın baş verən komada president katibliyinin rəhbəri Viktor Baloqanın dincəldiyini yazıb. Qəzetin yazdığına görə hadisə zamanı xəsarət alan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR