Bank Of Baku

Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin əməkdaşı qətlə yetirilib

Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin əməkdaşı qətlə yetirilib
# 15 yanvar 2009 16:40 (UTC +04:00)
Sankt-Peterburq – APA. Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin əməkdaşı Dmitri Marinin Sankt-Peterburq şəhərində qətlə yetirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, komitənin təhlükəsizlik xidmətində çalışan D. Marinin bu gün yerli vaxtla saat 13.00 radələrində şəhərin Lenin küçəsində naməlum şəxs tərəfindən güllələnib. Başından güllə yarası alan prokurorluq əməkdaşı hadisə yerində ölüb. Finlandiyada səfərdə olan Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin səfərini yarımçıq qoyaraq Rusiyaya qayıdıb. Hadisəni araşdırmaq üçün Moskvadan Sankt-Peterburqa müstəntiq və kriminalistlərdən ibarət qrup göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR