Bank Of Baku

Mahaçqala aeroportunda iki təyyarə toqquşub, 4 nəfər həlak olub, 5 nəfər xəsarət alıb, 1 nəfər itkin düşüb

Mahaçqala aeroportunda iki təyyarə toqquşub, 4 nəfər həlak olub, 5 nəfər xəsarət alıb, 1 nəfər itkin düşüb
# 16 yanvar 2009 06:40 (UTC +04:00)
Qəza yanvarın 15-də Moskva vaxtı ilə saat 21.10-da baş verib. İçərisində hərbçilər olan təyyarə eniş etmək istəyərkən onun qanadı havaya qalxan digər təyyarənin kabinəsinə dəyib. Toqquşma nəticəsində qalxan təyyarənin kabinəsində yanğın baş verib. Lakin təcili hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarısını alıblar.

Rusiya Daxili Qoşunlarının rəsmisi Vasili Pançenko isə “RİA Novosti”-yə bildirib ki, zərbə nəticəsində kabinədə olan ekipajın 5 üzvü müxtəlif dərəcəli xəsarətlər alıb.

Onun sözlərinə görə, təyyarələrdə alışma baş verməyib. Lakin onlardan biri burun hissəsindən ciddi mexaniki zədə alıb: “Ekipaj üzvlərindən başqa təyyarələrin göyərtəsində heç kim olmayıb”. V. Pançenko insidentlə bağlı xüsusi komissiyanın yaradıldığını və araşdırma aparılacağını da deyib.

“Rosavianaviqasiya”dakı mənbə isə “RİA Novosti”yə bildirib ki, eniş edən “İl-76”-nin göyərtəsində 31 nəfər olub. Mənbə digər təyyarədə yalnız ekipaj üzvlərinin olduğunu təsdiqləyib.

Mahaçqala aeroportu xüsusi sərəncam olana qədər bağlı elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR