Bank Of Baku

Ukrayna və Rusiya prezidentləri ayrı-ayrılıqda qaz sammiti keçirəcəklər

Ukrayna və Rusiya prezidentləri ayrı-ayrılıqda qaz sammiti keçirəcəklər
# 16 yanvar 2009 09:45 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko 5 Şərqi Avropa ölkəsi prezidentini Kiyevdə keçiriləcək qaz sammitinə dəvət edib. APA-nın məlumatına görə, bunu Ukrayna prezidentinin mətbuat xidmətinin rəhbəri Larisa Mudrak deyib. Artıq Polşa prezidenti Lex Kaçinski və Litva prezidenti Valdas Adamkus zirvə toplantısında iştirak edəcəklərini təsdiqləyiblər. L. Mudrak digər iştirakçıların adlarını açıqlamayıb.
Öz növbəsində Rusiya prezidenti Dmitri Medvedev də Rusiyadan qaz alan ölkələrin dövlət və hökumət başçılarını Moskvaya dəvət edib. Görüşün yanvarın 17-də keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR