Bank Of Baku

Moldova “Nabucco”ya qoşulmaq istəyir

Moldova “Nabucco”ya qoşulmaq istəyir
# 16 yanvar 2009 11:31 (UTC +04:00)
Kişinyov – APA. Moldova “Nabucco” qaz kəməri layihəsinə qoşulmaq niyyətindədir. APA-nın məlumatına görə, bunu “Nezavisimaya qazeta”ya Moldova iqtisadiyyat nazirinin müavini Fyodr Kopaç deyib. O, hazırda ölkənin 100% Rusiya qazından asılı olduğuna diqqət çəkərək situasiyanı dəyişmək və enerji təminatı mənbələrini müxtəlifləşdirmək fikrində olduqlarını bildirib. “Nezavisimaya qazeta” bu məsələnin Moldova və Rumıniya xarici işlər nazirlərinin görüşündə müzakirə ediləcəyini yazıb.
Qeyd edək ki, yanvar ayının sonunda Budapeştdə “Nabucco” layihəsi ilə bağlı toplantı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR