Bank Of Baku

Sergey Lavrov: “Rusiya MDB-nin parçalanması cəhdlərinə müqavimət göstərəcək”

Sergey Lavrov: “Rusiya MDB-nin parçalanması cəhdlərinə müqavimət göstərəcək”
# 16 yanvar 2009 12:37 (UTC +04:00)
Moskva – APA. “Rusiya MDB-nin parçalanması cəhdlərinə və birlik ölkələri arasında hərbi-siyasi qarşıdurma xəttinin aparılmasına müqavimət göstərəcək”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya və xarici ölkə jurnalistləri üçün keçirdiyi mətbuat konfransında xarici işlər naziri Sergey Lavrov deyib. O, həm bu cəhdlərin, həm də MDB məkanındakı münaqişələrin əməkdaşlığın inkişafına əngəl törətdiyini bildirib: “Biz bu münaqişələri sülh danışıqları mexanizmləri vasitəsilə həll etmək üçün səy göstərməliyik”. S. Lavrov bəyan edib ki, MDB ölkələrini kiminsə geosiyasi layihələrinin girovuna çevirmək və onları “ya mənimləsən, ya da mənə qarşısan” seçimi qarşısında qoymaq olmaz: “Rusiya belə tendensiyalarına müqavimət göstərəcək və tərəfdaşlarımızın maraqlarına hamı tərəfindən hörmət göstərilməsinə, onlara beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvü kimi yanaşılmasına çalışacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR