Bank Of Baku

Vyetnamda Con Makkeynin təyyarəsini vuran rusiyalı hərbçi ölüb

Vyetnamda Con Makkeynin təyyarəsini vuran rusiyalı hərbçi ölüb
# 17 yanvar 2009 09:13 (UTC +04:00)
Sankt-Peterburq - APA. 1960-cı illərdə Vyetnamdakı müharibə zamanı Con Makkeynin idarə etdiyi təyyarəni vurub yerə salmış Yuri Truşeçkin vəfat edib. APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, raket qoşunlarının istefada olan podpolkovniki Y. Truşeçkin Sankt-Peterburqda dünyasını dəyişib. Ayda 10 min rubl təqaüdlə yaşayan keçmiş hərbçi xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Vyetnamda beynəlmiləl borcunu yerinə yetirdiyi üçün ona hələ 30 yaşı tamam olmamış Qırmızı Ulduz ordeni verilib.
Xatırladaq ki, C. Makkeyn təyyarəsi vurulduqdan sonra sağ qalıb və əsir düşüb. Sonradan o, senator seçilib və prezidentliyə namizəd olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR