Bank Of Baku

Qroznıda iki çeçen yaraqlısı öldürülüb

Qroznıda iki çeçen yaraqlısı öldürülüb
# 19 yanvar 2009 08:14 (UTC +04:00)
Qroznı-APA. Qroznıda keçirilən xüsusi əməliyyat zamanı iki çeçen yaraqlısı öldürülüb, hüquq-mühafizə orqanları əməkdaşlarından biri isə yaralanıb. APA-nın məlumatına görə, Çeçenistanın daxili işlər naziri Ruslan Alxanov Qroznıda mənzillərdən birində yaraqlıların gizləndiyi barədə operativ məlumat əldə olunduğunu, bu barədə prezident Ramzan Kadırova məruzə edildiyini deyib. DİN əməkdaşları sakinləri binadan evakuasiya eləyib, daha sonra mənzili mühasirəyə alıblar. Yaraqlılara təslim olmaq təklif edilsə də, onlar hüquq-mühafizə orqanlarına atəş açıblar. Atəş nəticəsində milislərdən biri yaralanıb. Cavab atəşi ilə hər iki yaraqlı öldürülüb. Öldürülən şəxslərin qanunsuz silahlı birləşmələrin üzvlərindən Çingizxan Timirkayev və Əlixan Naşayev olduğu müəyyənləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR