Bank Of Baku

Rusiya Ukraynaya mavi yanacağı 360 dollardan satacaq

Rusiya Ukraynaya mavi yanacağı 360 dollardan satacaq
# 19 yanvar 2009 08:55 (UTC +04:00)
Qeyd edək ki, yanvarın 17-də Rusiya və Ukraynanın baş nazirləri nəql olunan qazın qiyməti ilə bağlı razılıq əldə ediblər. Razılaşmaya əsasən, Rusiya Ukraynaya qazı Avropaya satdığı qazın qiymətindən 20 faiz ucuz satacaq. Bunun qarşılığında Moskva bu il öz qazını Avropaya güzəştli tariflə nəql etmək imkanı qazanacaq. Gələn ildən etibarən isə güzəştli nəql tarifi ləğv olunacaq. Bu sxem Ukrayna prezidenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. 2009-cu ilin ilk rübündə Ukrayna aldığı qazın hər min kubmetrinə görə 360-380 dollar ödəyəcək, ilin sonunda isə dünya bazarında mavi yanacağın qiymətinin düşməsi ilə əlaqədar bu rəqəm 145 dollar ucuzlaşa bilər. Rusiyadan Avropaya qaz nəqlinin bu gün “Qazprom”la “Naftoqaz” arasında rəsmi saziş imzalandıqdan sonra bərpa olunacağı gözlənilir. Ukraynanın baş naziri Yuliya Timoşenko da imzalanma mərasimində iştirak edəcək.

Qeyd edək ki, Rusiyadan Ukraynaya qaz nəqlində vasitəçilik edən “RosUkrEnergo” şirkətinin səhmlərinin 50 faizi “Qazprom”a, digər 50 faizi isə ukraynalı biznesmenlər Dmitri Firtaş və İvan Fursinə məxsusdur. Rusiya-Ukrayna sərhədində qazı alan “RosUkrEnergo” onu “Naftoqaz”a satır. YUliya Timoşenko dəfələrlə Rusiyaya qazı vasitəçilər olmadan satmağı təklif etsə də, Moskva bu addımı atmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR