Bank Of Baku

Rusiya prezidenti Gürcüstana silah satışını qadağan edən fərman imzalayıb

Rusiya prezidenti Gürcüstana silah satışını qadağan edən fərman imzalayıb
# 19 yanvar 2009 11:50 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiya prezidenti Dmitri Medvedyev «Gürcüstana hərbi və ikili təyinatlı məhsulların verilməsinə qadağa qoyulması üçün tədbirlər haqqında» Fərman imzalayıb. APA-nın Rusiya prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Fərmanda bildirilir ki, bu tədbirlər milli maraqların qorunması məqsədi ilə edilir. Federal icra hakimiyyəti orqanları, dövlət korporasiyaları, unitar müəssisələr, digər hüquqi və fiziki şəxslərin nəzərinə çatdırılır ki, fərman imzalanan gündən 2011-ci il dekabrın 1-dək Gürcüstana hərbi təyinatlı məhsulların, o cümlədən silah və hərbi texnika, onlarla bağlı maddi vasitələr, həmçinin, hərbi məqsədlərdə istifadə edilə biləcək ikili təyinatlı məhsulların verilməsi, satışı və çatdırılması qadağa olunur.

Fərmanda, həmçinin Rusiya hökumətinə tapşırılır ki, xarici ölkələr, xarici təşkilatlar və vətəndaşlar tərəfindən Gürcüstana hərbi təyinatlı məhsulun verilməsi haqqında faktlar əldə edildiyi təqdirdə, onlara qarşı xüsusi iqtisadi tədbirlər görülməsi barədə dərhal təkliflər hazırlansın.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR