Bank Of Baku

“Oqonyok” jurnalının nəşri dayandırılıb

“Oqonyok” jurnalının nəşri dayandırılıb
# 19 yanvar 2009 14:20 (UTC +04:00)
Bakı-APA. “Oqonyok” jurnalının nəşri müvəqqəti olaraq dayandırılıb. APA-nın məlumatına görə, jurnalın baş redaktoru Viktor Loşak nəşrin sahibinin dəyişməsi ehtimalı və nəşrlər evinin yenidən qurulması ilə əlaqədar jurnalın ağır dövr keçirdiyini bildirib. Bununla belə o jurnalın birdəfəlik bağlanması barədə şayiələri də təkzib edib. Loşak bildirib ki, jurnalın yanvarda çap olunmayacağı barədə oxuculara əvvəlcədən məlumat verilib. O, gələn ay “Oqonyok”un nəşrinin bərpa olunacağını istisna etməyib. Qeyd edək ki, bu il 110 illiyini qeyd edəcək “Oqonyok” jurnalı həftədə bir dəfə nəşr olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR