Bank Of Baku

Ukrayna Rusiyadan mavi yanacağın hər min kubmetrini 235 dollardan alacaq

Ukrayna Rusiyadan mavi yanacağın hər min kubmetrini 235 dollardan alacaq
# 20 yanvar 2009 07:58 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Ukraynanın baş naziri Yuliya Timoşenko söyləyib. Qeyd edək ki, dünən “Qazprom”la “Naftoqaz” arasında imzalanan sazişə görə Ukrayna Rusiyadan qazı Avropaya satılan qiymətdən 20 faiz ucuz alacaq. Hələlik tərəflər qazın qiymətini müəyyənləşdirməyiblər. Yuliya Timoşenko bildirib ki, Ukraynaya satılan qazın qiyməti yaxın iki gün ərzində müəyyən olunacaq. “Kommersant”ın yazdığına görə, 2009-cu ilin ilk rübündə Ukraynaya qaz 360 dollardan satılacaq, daha sonra qiymət aşağı düşəcək. Timoşenko Ukraynaya satılan qazın orta illik qiymətinin 235-250 dollar arasında olacağını bildirib. Ukrayna prezidentliyinin katibliyi isə bəyan edib ki, illik orta qiymət 199 dollardan baha olmamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR