Bank Of Baku

Ukrayna Rusiya qazının tranzit qiymətini artırıb

Ukrayna Rusiya qazının tranzit qiymətini artırıb
# 21 yanvar 2009 07:54 (UTC +04:00)
Kiyev – APA. Ukrayna hökuməti Rusiya təbii qazının tranzit qiymətinin artırıldığını açıqlayıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, yanacaq və energetika naziri Yuri Prodan 2010-cu ildə min kubmetr qazın ölkə ərazisindən 100 km üzrə tranzitinin qiymətinin 3 dollara yaxın olacağını bildirib: “Bütün hesablamalardan sonra qiymət 2,7-3,2 dollar ola bilər”.
Xatırladaq ki, “Qazprom” 2008-ci ildə qazın hər min kubmetrinin 100 km məsafə üzrə tranziti üçün Ukraynaya 1,7 dollar ödəyib. Şirkət yeni qiymətin 2,5 dollara yaxın olacağını güman edirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR