Bank Of Baku

Türkmənistanın müdafiə naziri Ağagəldi Məmmədgəldiyev istefaya göndərilib

Türkmənistanın müdafiə naziri Ağagəldi Məmmədgəldiyev istefaya göndərilib
# 21 yanvar 2009 14:06 (UTC +04:00)
Aşqabad – APA. Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov müdafiə naziri və Dövlət Sərhəd Xidmətinin rəhbərini istefaya göndərib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hər iki idarənin fəaliyyətini tənqid edən dövlət başçısı müdafiə naziri Ağagəldi Məmmədgəldiyev və Sərhəd Xidmətinin sədri Bayram Alovovu vəzifədən uzaqlaşdırıb. Hər iki məmur Saparmurad Niyazovun vaxtında bu postlara təyin edilib. Müdafiə naziri vəzifəsinə əvvəl Dövlət Gömrük Xidmətinin sadri olmuş Yaylım Berdıyev, Dövlət Sərhəd Xidmətinin sədri vəzifəsinə isə əvvəl narkotiklərlə mübarizə üzrə Dövlət Xidmətinin sədri olmuş Murad İslamov gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR