Bank Of Baku

Yuliya Timoşenko Rusiya ilə imzalanmış sazişi tənqid edənləri utanmaz adlandırıb

Yuliya Timoşenko Rusiya ilə imzalanmış sazişi tənqid edənləri utanmaz adlandırıb
# 21 yanvar 2009 14:14 (UTC +04:00)
Kiyev-APA. “Qaz nəqlinə və tranzitinə dair Rusiya ilə imzalanmış müqavilə çox unikal sənəddir. İmzalanan sənədlərin mahiyyətini yaxşı anlayan adamların utanmaz-utanmaz guya Ukraynanın maraqlarının zərbə altına qoyulduğunu bəyan etməsi məni çox təəccübləndirir”. APA-nın məlumatına görə, bu fikirləri Ukraynanın baş naziri Yuliya Timoşenko söyləyib. Qeyd edək ki, Ukrayna prezidenti Viktor Yuşşenko Rusiya arasında imzalanmış sazişi ciddi tənqid edib. O bildirib ki, bu sazişdən sonra Ukrayna Rusiya ilə apardığı qaz müharibəsində özünü uduzmuş saya bilər. Prezident 2009-cu ilin ilk rübündə Rusiyadan alınan qazın qiymətinin 360 dollar müəyyənləşməsini yolverilməz sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR