Bank Of Baku

Türkmənistanda enerji daşıyıcılarının tranzitinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Türkmənistanda enerji daşıyıcılarının tranzitinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 21 yanvar 2009 14:48 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov aprelin 23-24-də Aşqabadda enerji daşıyıcılarının tranzitinin stabilliyinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi barədə sərəncam imzalayıb. APA-nın məlumatına görə, BMT-nin himayəsi altında keçiriləcək konfrans “Enerji daşıyıcılarının etibarlı və stabil tranziti, onun dayanaqlı inkişaf və beynəlxalq əməkdaşlıqda rolu” adlanacaq. Konfransda məqsəd enerji daşıyıcılarının beynəlxalq bazarlara etibarlı və stabil nəqlinin təmin olunması və müvafiq beynəlxalq normativ sənədlərin hazırlığı ilə bağlı təhlil aparmaqdır.

Xatırladaq ki, BMT Baş Assambleyası Türkmənistanın təşəbbüsü ilə “Enerji daşıyıcılarının etibarlı və stabil nəqli, onun dayanaqlı inkişaf və beynəlxalq əməkdaşlıqda rolu” adlı qətnamə qəbul edib. Qətnamə enerji təhlükəsizliyinin vahid sistemini yaratmaq, müvafiq
beynəlxalq hüquqi baza və tərəfdaşlığın, o cümlədən enerji daşıyıcı sistemlərin müdafiəsinin effektiv mexanizmlərini hazırlamağı nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR