Bank Of Baku

Moskvada metro qatarının altına düşən Ermənistan vətəndaşı ölüb

Moskvada metro qatarının altına düşən Ermənistan vətəndaşı ölüb
# 21 yanvar 2009 15:07 (UTC +04:00)
Moskva – APA. Rusiyanın paytaxtı Moskva şəhərində metro qatarının altına düşən Ermənistan vətəndaşı ölüb. APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, 1972-ci il təvəllüdlü Gevork Gevorkyan bu gün saat 10.53-də Moskva metrosunun “Belyayev” stansiyasında 3-cü vaqonun altına düşüb. Ağır xəsarətlər alan Ermənistan vətəndaşı keçinib. Hüquq-mühafizə orqanlarının gümanına əsasən G. Gevorkyan ya intihar edib, ya da başqaları tərəfindən qatarın altına itələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR