Bank Of Baku

Şarl Aznavur Ermənistanın İsveçrədə səfiri təyin olunub

Şarl Aznavur Ermənistanın İsveçrədə səfiri təyin olunub
# 21 yanvar 2009 15:12 (UTC +04:00)
İrəvan-APA. Qondarma “erməni soyqırımı” iddiasının dünya miqyasında tanınması üçün aktiv fəaliyyət göstərən sənətçi Şarl Aznavur Ermənistanın İsveçrədə səfiri təyin olunub. APA-nın Ermənistanda ingilis dilində nəşr olunan “Panorama” qəzetinə istinadən yaydığı məlumata görə, sənətçinin meneceri Levon Sayan Aznavurun yaxın vaxtlarda səfir vəzifəsinin icrasına başlayacağını bildirib. Qeyd edək ki, Fransa vətəndaşı olan Şarl Aznavura 2007-ci ildə Ermənistan vətəndaşlığı verilib. Şarl Aznavurun səfir təyin olunduğu İsveçrə “erməni soyqırımı”nı tanımağğın tərəfdarı olan ölkələrdən biridir. 2006-cı ildə İsveçrə parlamenti “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyəti daşıdığını nəzərdə tutan qanun qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR