Bank Of Baku

Məşhur kriminal avtoritet “Timur Tbilisski” həbs edilib

Məşhur kriminal avtoritet “Timur Tbilisski” həbs edilib
# 21 yanvar 2009 15:22 (UTC +04:00)
Moskva – APA. Cinayətkar aləmdə “Timur Tbilisski” kimi məşhur olan 51 yaşlı kriminal avtoritet Temuri Mirzoyev Rusiyanın paytaxtı Moskvada həbs edilib. APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, Lianozovsk küçəsində yaxalanan T. Mirzoyevin üzərində 12 qram həşiş aşkarlanaraq götürülüb. Onun barəsində cinayət işi qaldırılıb.

Qeyd edək ki, Gürcüstanın paytaxtı Tiflisdə dünyaya gələn T. Mirzoyev Qafqazın ən nüfuzlu “qanuni oğru”larından biri olan “Ded Xasan” ləqəbli Aslan Usoyanın bacısı oğludur. O, oğurluq, xuliqanlıq, qanunsuz silah saxlamaq və narkotik maddələrdən istifadə etmək ittihamları ilə 13 il həbsdə yatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR