Bank Of Baku

Məşhur “Artek” pioner düşərgəsinin baş direktoru aclıq aksiyasına başlayıb

Məşhur “Artek” pioner düşərgəsinin baş direktoru aclıq aksiyasına başlayıb
# 22 yanvar 2009 10:35 (UTC +04:00)
APA-nın məlumatına görə, aksiyaya başlayan direktor Ukrayna rəhbərliyinə müraciət edərək “Artek”i dağılmaqdan xilas olmaq üçün təcili tədbirlər görməyə və iş yerlərini saxlamağa çağırıb. Qeyd edək ki, bundan əvvəl “Artek”in bütün işçiləri də hökuməti kütləvi aclıq aksiyalarına başlamaqla hədələyiblər. Onlar ötən ilin noyabrından etibarən maaş almadıqlarını, düşərgədə qış növbəsinin ləğv olunduğunu bildiriblər. 2009-cu ilin büdcəsində “Artek”in maliyyələşdirilməsi üçün vəsaitin ayrılmaması vəziyyəti daha da çətinləşdirib. Boris Novojilov 2009-cu ilin 84 il tarixi olan “Artek”in mövcudluğuna son qoyulacağı il ola biləcəyini deyib. Qeyd edək ki, kommersiya strukturları “Artek”ə ciddi maraq göstərirlər. Bu ərazidə torpaqların qiyməti Monakodakı torpaqların qiyməti ilə eynidir. Boris Novojilov “Artek”in qəsdən iflas edilməsi versiyasını da istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR