Bank Of Baku

Gürcüstan Rusiya ilə münasibətlərdə fors-major elan edib

Gürcüstan Rusiya ilə münasibətlərdə fors-major elan edib
# 22 yanvar 2009 13:58 (UTC +04:00)
Tiflis – APA. Rusiya öz qoşunlarını Abxaziya və Cənubi Osetiyadan çıxaranadək Gürcüstan bu ölkə ilə münasibətlərdə fors-major elan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu qərar Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən elan olunub. Səbəb Moskvanın rəsmi Tiflisdən rusiyalı ekspertləri öz hərbi obyektlərinə buraxmasını tələb etməsidir. Rusiya hesab edir ki, bu tələb ATƏT-in 1999-cu ildə imzalanmış Vyana sənədinə uyğundur. Gürcüstan XİN isə Rusiyanın istəyinin bu sənədin əsas prinsiplərinə zidd olduğunu bəyan edib: “Heç bir təminat yoxdur ki, Rusiya yenidən Gürcüstana təcavüz etməyəcək və bu inspeksiya zamanı əldə olunan informasiyadan Gürcüstanın milli təhlükəsizliyi əleyhinə istifadə etməyəcək”.

Qeyd edək ki, Vyana sənədi Avropada etimad və təhlükəsizliyi möhkəmləndirmək məqsədilə imzalanıb. Sənəd əsasında beynəlxalq münasibətlərdə güc tətbiq olunmasının əngəllənməsinə və tərksilaha yönəlmiş tədbirlər həyata keçirilir. Fors-major termini isə hüquqda tətil, inqilab, müharibə situasiyalarını, eləcə də ticarətin qadağan olunması və maliyyə məhdudiyyətləri barədə dövlət səviyyəsində verilən qərarları ehtiva edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR