Bank Of Baku

Regionlar Partiyası Rusiya ilə imzalanmış sazişlərə yenidən baxmaq niyyətindədir

Regionlar Partiyası Rusiya ilə imzalanmış sazişlərə yenidən baxmaq niyyətindədir
# 22 yanvar 2009 14:17 (UTC +04:00)
Kiyev-APA. “Ukraynada hakimiyyət dəyişikliyindən sonra “Qazprom”la “Naftoqaz” arasında imzalanmış sazişlərə sakit və dostluq şəraitində yenidən baxmaq mümkün ola bilər”. APA-nın məlumatına görə, bu fikirləri Ukrayna parlamentinin Regionlar Partiyasından olan deputatı, kölgə kabinetinin yanacaq və energetika naziri Yuri Boyko söyləyib. O, Ukraynanın Rusiya ilə qaz sənayesi sahəsində tərəfdaş olmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, Ukrayna müxalifəti Rusiyanın Ukraynaya baha qiymətə qaz satmasını mövcud iqtidarın antirusiya siyasi xətti yürütməsi ilə əsaslandırır. Yuri Boyko Ukraynanın Rusiya ilə normal münasibətlər qurmaq imkanının yalnız ölkədə hakimiyyət dəyişikliyindən sonra gerçəkləşəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR