Bank Of Baku

Gürcüstanda dövlət əleyhinə cinayətdə ittiham olunan ermənilər həbs edilib

Gürcüstanda dövlət əleyhinə cinayətdə ittiham olunan ermənilər həbs edilib
# 23 yanvar 2009 11:00 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan polisi silahlı hərbi birləşmə yaratmaqda şübhəli bilinən ermənilərin həbsinə başlayıb. APA-nın məlumatına görə, polis dünən Axalkələkdə fəaliyyət göstərən Erməni Gənclər Mərkəzinin binasında axtarış aparıb. Axtarış zamanı mərkəzdə bəzi kompüterlər götürülüb. Gürcü polisi həmçinin mərkəzin rəhbəri Qriqor Minasyanı həbs edib. Həbs olunanlar arasında “Şarl Aznavur” xeyriyyə cəmiyyətinin rəhbəri Sergey Akopcanyan da var. Həbs olunan şəxslərin iş yerlərində və evlərində axtarış aparıldıqdan sonra həmin şəxslər Tiflisə aparılıb.Qeyd edək ki, ötən ilin iyulunda Axalkələk polis idarəsinin rəhbərinin evinin parladılmasından sonra polis şübhəlilərin saxlanması üçün bir neçə əməliyyat keçirib. “Vahid Cavax” təşkilatının üzvü Qurgen Şirinyanın evində axtarış aparılan zaman bir polis əməkdaşı öldürülüb. Bir neçə gün sonra Qurgen Şirinyanı həbs eləmək üçün şəhərdəki evlərin birində keçirilən əməliyyatda da bir polis əməkdaşı öldürülüb. Qurgen Şirinyan isə hələ də saxlanmayıb. Bir gün sonra qeyd olunan cinayət işləri ilə əlaqədar “Vahid Cavax” təşkilatının lideri Vahan Çaxalyan həbs olunub. O, Gürcüstan Cİnayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR