Bank Of Baku

Mixail Saakaşvili istefaya getmək niyyətində olmadığını bəyan edib

Mixail Saakaşvili istefaya getmək niyyətində olmadığını bəyan edib
# 23 yanvar 2009 16:35 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili istefaya getmək və növbədənkənar prezident seçkiləri təyin etmək niyyətində olmadığını bildirib. APA-nın məlumatına görə, birbaşa efirdə tamaşaçıların suallarını cavablandıran Saakaşvili bildirib ki, 2007-ci ildə müxalifətin təkidi ilə tutduğu vəzifədən istefa verməsi və yeni seçkilər təyin etməsi, həmçinin ölkədə fövqəladə vəziyyət elan olunması yanlış qərar idi: “Bu addımlarım müxalifətdə belə təsəvvür yaratdı ki, guya mən təzyiqlərdən çəkinən insanam və prezidenti istefaya məcbur etmək olar. Bu heç də belə deyil. Prezident səlahiyyətlərimin müddəti 2013-cü ildə bitir və qanunla müəyyən olunmuş vaxtda postumu tərk edəcəyəm”. Dövlət başçısı bildirib ki, hazırda əsas vəzifəsi ölkəni iqtisadi böhrandan qurtarmaq və ölkənin ərazi bütövlüyünü təmin etməkdir: “ABŞ-ın sabiq prezidenti Corc Buşun reytinqi mənim reytinqimdən 4-5 dəfə aşağı idi, lakin amerikan xalqı onun istefasını tələb etmirdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR