Bank Of Baku

Ukraynanın “Naftoqaz” dövlət şirkətinin rəhbəri Oleq Dubina ürəyindən əməliyyat olunub

Ukraynanın “Naftoqaz” dövlət şirkətinin rəhbəri Oleq Dubina ürəyindən əməliyyat olunub
# 24 yanvar 2009 07:13 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Ukraynanın baş naziri Yuliya Timoşenko "Шустер Live" verilişinin birbaşa yayımında O. Dubinanın əməliyyatdan sonra reanimasiyaya yerləşdirildiyini bildirib.

Y. Timoşenkonun sözlərinə görə, O. Dubinanın səhhətinin pisləşməsinə Ukrayna ilə Rusiya arasında yaranmış qaz probleminin həlli zamanı onun prezident və baş nazirin tapşırıqları arasında qalması səbəb olub: “Bir-birinə tam zidd olan tapşırıqlardan hansına əməl etməyin daha düzgün olması yönündə tərəddüdlər, həyəcanlar, stresslər Duibinanın səhhətində ciddi problemlər yaradıb”.

O. Dubina hazırda Kiyevdəki “Feofaniya” Klinik Xəstəxanasında müalicə olunur və sağlamlığı üçün heç bir təhlükə yoxdur. Onun ürəyində koronar şuntlama əməliyyatı aparılıb.

Qeyd edək ki, O. Dubina ötən il dekabrın 27-dən Rusiyanın “Qazprom” şirkəti ilə aparılan danışıqlarda iştirak etsə də, razılıq əldə edilməsinə nail ola bilməyib. İki ölkə arasında yaranmış problem yalnız Rusiya və Ukraynanın baş nazirləri Vladimir Putinlə Yuliya Timoşenko arasında yanvarın 19-da aparılmış danışıqlardan sonra həllini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR