Bank Of Baku

Yuliya Timoşşenko yaxın vaxtlarda hökumətdə ciddi islahatlar aparacağını bəyan edib

Yuliya Timoşşenko yaxın vaxtlarda hökumətdə ciddi islahatlar aparacağını bəyan edib
# 24 yanvar 2009 09:44 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Ukraynanın baş naziri Yuliya Timoşenko bildirib. Onun fikrincə, bu dəyişikliklər yaxın sessiyalarda Ali Rada tərəfindən təsdiqlənəcək: “Mən hökumətin iş qabiliyyətini və peşəkarlığını əhəmiyyətli dərəcə artırmaq istəyirəm. Biz lazımsız kadrları Nazirlər Kabinetindən uzaqlaşdıracağıq. Hökumətdə ciddi kadr islahatları mütləq aparılacaq və düşünürəm ki, həmin şəxsləri parlamentin növbəti sessiyalarından birində yola salacağıq”.

Hələlik ad açıqlamayan baş nazir məsləhətləşmələrin davam etdiyini, kadr məsələlərinin tam həllini tapmadığını söyləyib: “Mən istəyirəm ki, Nazirlər Kabineti daha güclü olsun”.

Bununla belə, Y. Timoşenko işdən çıxarılacaq şəxslərin hamısının prezident Viktor Yuşşenkonun kadrları olacağını təkzib edib: “Prezidentin kvotası əsasında hökumətdə təmsil olunan bəzi şəxslər var ki, peşəkardırlar və ölkəyə vicdanla xidmət edirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR