Bank Of Baku

MDB daxilində cinayətkarlıqla mübarizə üzrə əməkdaşlığın təkmilləşdirilməsinə dair sənədlər müzakirə olunacaq

MDB daxilində cinayətkarlıqla mübarizə üzrə əməkdaşlığın təkmilləşdirilməsinə dair sənədlər müzakirə olunacaq
# 26 yanvar 2009 10:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsində dindirmə və istintaqdan gizlənən, məhkəmə tərəfindən müəyyən olunmuş cəzanın çəkilməsindən qaçan, həmçinin itkin düşmüş şəxslərlə bağlı dövlətlərarası axtarışın verilməsi qaydaları haqqında müqavilə layihəsi müzakirə olunacaq. İcraiyyə Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MDB ölkələri ərazisində birgə istintaq-əməliyyat qruplarının yaradılması qaydaları və fəaliyyəti haqqında saziş layihəsi müzakirə ediləcək. Bu sənədlərin hazırlanmasında məqsəd MDB ölkələrinin əməkdaşlığının hüququ bazasının təkmilləşdirilməsi, mütəşəkkil cinayətkarlıqla mübarizə, transmilli cinayətlərin təhqiqatı və açılmasında əməkdaşlığın artırılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR