Bank Of Baku

Moskva və Bütün Rusiyanın patriarxı vəzifəsinə 3 namizəd müəyyənləşdirilib

Moskva və Bütün Rusiyanın patriarxı vəzifəsinə 3 namizəd müəyyənləşdirilib
# 26 yanvar 2009 11:10 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Moskva və Bütün Rusiyanın patriarxı 3 namizəd arasından seçiləcək. APA-nın məlumatına görə, Rus Pravoslav Kilsəsinin Arxiyerey İclası 145 namizəddən 3-nün üzərində dayanıb. Bunlar Smolensk və Kalininqrad mitropoliti Kirill, Kaluqa və Borovsk mitropoliti Kliment, Minsk və Slutsk mitropoliti Filaretdir. Kirill 97, Kliment 32, Filaret isə 16 səs toplayıb.
Yeni patriarx yanvarın 27-dən 29-na kimi keçiriləcək Ümumkilsə İclasında seçiləcək və fevralın 1-də vəzifəsinin icrasına başlayacaq.
Xatırladaq ki, 18 il Rus Pravoslav Kilsəsinə rəhbərlik etmiş sonuncu patriarx II Aleksi 2008-ci il dekabrın 5-də dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR