Bank Of Baku

Ukrayna parlamenti maliyyə-kredit sferasında yaranmış vəziyyətə görə məsuliyyəti Viktor Yuşşenkonun boynuna qoyub

Ukrayna parlamenti maliyyə-kredit sferasında yaranmış vəziyyətə görə məsuliyyəti Viktor Yuşşenkonun boynuna qoyub
# 26 yanvar 2009 14:43 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Ali Radası maliyyə-kredit sferasında yaranmış vəziyyətə görə məsuliyyəti prezident Viktor Yuşşenkonun daşıdığına dair qərar qəbul edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, qərarın lehinə zalda qeydiyyatdan keçmiş 248 deputatdan 227-si (qərarların qəbulu üçün lazım olan səsdən 1 səs artıq) səs verib. Qərarı “Yuliya Timoşenko” blokunun 154, “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokunun baş nazirə yaxın olan 23 üzvü, eləcə də Kommunist Partiyası və Litvinin blokunun bütün deputatları dəstəkləyib. Regionlar Partiyasının isə cəmi 4 deputatı qərarın lehinə səs verib. Sənəddə bildirilir ki, Ukrayna prezidenti milli valyutanın kəskin şəkildə dəyərdən düşməsi, valyuta və ipoteka bazarlarında çoxsaylı spekulyasiyalar, kommersiya banklarının öz əmanətçiləri qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi, kommersiya bankları üzərində nəzarətin olmamasına görə şəxsən məsuliyyət daşıyır, çünki o, Milli Bankın sədri Vladimir Stelmaxın vəzifədən kənarlaşdırılması ilə bağlı Ali Radanın tələbini iki dəfə rədd edib.
Ali Rada həmçinin Vladimir Stelmaxın Milli Bankın sədri təyin olunması haqqında 2004-cü ilin dekabrında qəbul etdiyi qərarı ləğv edib. Qərarın lehinə zalda qeydiyyatdan keçmiş 245 deputatdan 227-si səs verib. Sənəddə qeyd olunur ki, V. Stelmaxın sədr vəzifəsində qalması yolverilməzdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR