Bank Of Baku

Kiyevdə “Robinzon” ləqəbli kriminal avtoritet yaxalanıb

Kiyevdə “Robinzon” ləqəbli kriminal avtoritet yaxalanıb
# 27 yanvar 2009 14:23 (UTC +04:00)
Kiyev – APA. Ukraynanın paytaxtı Kiyev şəhərində Rusiya vətəndaşı olan gürcü kriminal avtoritet, “Robinzon” ləqəbli Romzon Arabuli yaxalanıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, R. Arabuli həbs edilərkən narkotik maddələrin təsiri altında olub və milis əməkdaşlarına müqavimət göstərib. Məhkəmə onun 3 gün müddətində nəzarət altında saxlanılması barədə qərar çıxarıb. “Robinzon”un Rusiyaya ekstradisiya edilməsi və 5 il Ukraynaya gəlişinə qadağa qoyulması nəzərdə tutulub.
Qeyd edək ki, R. Arabuli 6 dəfə azadlıqdan məhrum edilib və 20 ildən çox həbsdə yatıb. Rusiya hüquq-mühafizə orqanlarının rəyinə görə, “Robinzon” postsovet məkanındakı nüfuzlu “qanuni oğru”ların siyahısında ilk üçlükdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR