Bank Of Baku

Ukrayna Təhlükəsizlik Xidməti keçmiş “KQB”nin arxiv sənədlərini açıqlayacaq

Ukrayna Təhlükəsizlik Xidməti keçmiş “KQB”nin arxiv sənədlərini açıqlayacaq
# 27 yanvar 2009 14:51 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Təhlükəsizlik Xidməti milli-azadlıq hərəkatı, siyasi repressiyalar və qəsdən törədilən aclıqlar barədə 1917-ci ildən 1991-ci ilə qədər olan dövrü əhatə edən arxiv sənədlərini ilin sonunadək açıqlayacaq. APA-nın “Ukrainskiye novosti”yə istinadən verdiyi məlumata görə, bunu Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko deyib. O, yanvarın 23-dən etibarən bu sənədlər üzərindəki gizlilik qrifini götürdüklərini bəyan edib: “Bu il yanvarın 23-dən etibarən Ukrayna Sovet İttifaqının cəza-repressiv sisteminin sirlərini qorumur”. V. Nalivayçenko Təhlükəsizlik Xidmətinin arxivlərində “Məxfi” və “Çox məxfi” qrifi altında 800 minə yaxın sənəd olduğunu açıqlayıb. O bildirib ki, bu sənədlər yaxın vaxtlarda yaradılacaq internet saytına yerləşdiriləcək.
V. Nalivayçenko Ukrayna Üsyançı Ordusunun baş komandanı Roman Şuxeviçin öldürülməsi ilə bağlı açılmış cinayət işi çərçivəsində keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin zabitlərini şahid qismində dindirdiklərini də söyləyib: “Onlar 1950-ci il martın 5-də Lvov vilayətində keçirilən hərbi əməliyyat zamanı həlak olmuş Roman Şuxeviçin qətli və gizli şəkildə dəfni ilə bağlı təfərrüatların öyrənilməsi məqsədilə dindirilir”.
Qeyd edək ki, yanvarın 23-də Ukrayna prezidenti Viktor Yuşşenko Təhlükəsizlik Xidmətinə, Daxili İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Arxiv Komitəsinə və Cəzaların İcrası üzrə Dövlət Departamentinə Ukrayna azadlıq hərəkatı, siyasi repressiyalar və süni aclıqlar haqqında arxiv sənədlərini açıqlamağı tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR