Bank Of Baku

Əsir götürüldüyü iddia edilən Rusiya ordusunun serjantı Gürcüstan tərəfə könüllü keçdiyini bildirib

Əsir götürüldüyü iddia edilən Rusiya ordusunun serjantı Gürcüstan tərəfə könüllü keçdiyini bildirib
# 28 yanvar 2009 07:46 (UTC +04:00)
Tiflis-APA. Rusiya ordusunun əsir götürüldüyü iddia edilən serjantı Aleksandr Qluxov “Reuters” agentliyinə verdiyi açıqlamada könüllü olaraq Gürcüstan tərəfə keçdiyini bildirib. APA-nın məlumatına görə, Qluxov bir müddət Gürcüstanda qalmaq istədiyini vurğulayıb: “Mən bir müddət Gürcüstanda qalmaq istəyirəm. Artıq anama zəng vuraraq onu sakitləşdirmişəm”. Agentlik Aleksandr Qluxovdan açıqlamanın Tiflisin mərkəzində “McDonalds” restoranında alındığını bildirib. Jurnalistlə əsgərin görüşündə Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələri də iştirak ediblər. Qeyd edək ki, rəsmi Moskva Cənubi Osetiyada hərbi xidmət keçən Aleksandr Qluxovun gürcü xüsusi xidmət orqanları tərəfindən əsir götürüldüyünü bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR