Bank Of Baku

Pişiyə işgəncə verərək öldürən şəxs 8 ay azadlıqdan məhrum edilib

Pişiyə işgəncə verərək öldürən şəxs 8 ay azadlıqdan məhrum edilib
# 28 yanvar 2009 16:15 (UTC +04:00)
Moskva-APA. Rusiyanın Jeleznodorojnı şəhərinin sakini Sergey Kruçinin qızının pişiyini öldürdüyünə və övladını öldürməklə hədələdiyinə görə 8 ay müddətinə azadlıqdan məhrum edilib. APA-nın məlumatına görə, məhkəmə istintaqı zamanı adı çəkilən şəxsin içkili vəziyyətdə qızının pişiyini bıçaqla işgəncə verərək öldürdüyü müəyyənləşib. 23 yaşlı qız evə gələrkən pişiyinin öldüyünü görən zaman Kruçunun onu da bıçaqla qətlə yetirə biləcəyini deyib. Qız atasının əməlləri ilə bağlı milisə müraciət edib. Faktla bağlı “öldürməklə hədələmə” və “heyvanlarla sərt davranma” maddələri ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR