Bank Of Baku

Vladimir Putin: “İndiki iqtisadi böhran şişirdilmiş ümidlərdən törəyib”

Vladimir Putin: “İndiki iqtisadi böhran şişirdilmiş ümidlərdən törəyib”
# 29 yanvar 2009 08:13 (UTC +04:00)
Moskva-APA. “Davam edən ümumdünya maliyyə böhranının səbəbi mövcud maliyyə sisteminin çökməsidir”. APA-nın məlumatına görə, bu fikirləri Rusiyanın baş naziri Vladimir Putin Ümumdünya Davos Forumunda çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, böhranın əsas səbəbləri bu prosesin aşağı səviyyədə idarə olunması, həmçinin kredit resurslarına artan tələbatla bu tələbatı ödəyəcək mənbələr arasında balansın pozulmasıdır: “İndiki böhran - şişirdilmiş ümidlərdən törəyib”. Vladimir Putin həmçinin dünya ölkələrini virtual pullardan, şişirdilmiş hesabatlardan və şübhəli reytinqlərdən imtina etməyə çağırıb. Qlobal enerji təhlükəsizliyi sisteminin formalaşdırılması məsələsinə toxunan Putin bunun üçün aktivlərin mübadiləsini təklif edib: “Bu cür qarşılıqlı asılılıq tərəfləri məsuliyyətini daha da artırmış olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR