Bank Of Baku

Viktor Yuşşenko: “Rusiya Ukraynanın qaz sistemini ələ keçirmək istəyirdi”

Viktor Yuşşenko: “Rusiya Ukraynanın qaz sistemini ələ keçirmək istəyirdi”
# 29 yanvar 2009 09:27 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko Rusiyanın Ukrayna ilə qaz münaqişəsinin səbəblərini açıqlayıb. APA-nın məlumatına görə, V. Yuşşenko “Euronews” telekanalına müsahibəsində bildirib ki, Rusiya Ukraynanın qaz nəqli sistemini ələ keçirmək məqsədi güdürdü: “Başqa sözlə desək, biz də Belarus və Moldovanın qaz nəqli sistemlərinin taleyini yaşamalıydıq. Aydındır ki, Ukraynanın qaz sisteminin də “Qazprom”un idarəçiliyinə keçməsi ilə bağlı plan var. Bu, qəbuledilməzdir. Qaz sistemi milli ehtiyat, milli aktivdir və müstəqilliyimizin göstəricisidir”.

V. Yuşşenko Ukraynanın Avropaya gedən qaz kranını bağlamadığını bir daha təkrarlayıb. O, tranzit qazötürücü stansiyaların hamısının Rusiya ərazisində olduğunu və Avropaya qaz ixracının kəsilməsinə görə bu ölkənin məsuliyyət daşıdığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR