Bank Of Baku

Moldova MDB-də sədrliyinin prioritetlərini açıqlayacaq

Moldova MDB-də sədrliyinin prioritetlərini açıqlayacaq
# 29 yanvar 2009 11:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Yanvarın 30-da Moldova MDB-də sədrliyinin prioritetlərini açıqlayacaq. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Moldova prezidenti Vladimir Voroninin fərmanı ilə bu məsələ ilə bağlı milli komissiya yaradılıb, sədrliyi həyata keçirmək üçün əlaqələndirmə fəaliyyəti üzrə işçi qrup təsis olunub. Moldova Xarici İşlər və Avropa İnteqrasiyası Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yefim Kilar qrupun rəhbəri təyin edilib. Y. Kilar sabah Minskdə MDB İcraiyyə Komitəsinin rəhbərliyi, daimi səlahiyyətli nümayəndələr və üzv ölkələrin səfirləri ilə görüşdə ölkəsinin quruma sədrliklə bağlı prioritetləri və həyata keçiriləcək tədbirlərdən danışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR