Bank Of Baku

Sergey Lavrov: “MDB məkanı bizim üçün mütləq bir prioritetdir”

Sergey Lavrov: “MDB məkanı bizim üçün mütləq bir prioritetdir”
# 29 yanvar 2009 14:55 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “MDB məkanı bizim üçün vacib, mən deyərdim ki, mütləq bir prioritetdir”. APA-nın Rusiya XİN-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov Federasiya Şurasındakı çıxışında deyib. O bildirib ki, prezident Dmitri Medvedevin göstərişinə əsasən MDB məkanında aparılan işi bütün qlobal və regional amilləri nəzərə almaqla yeni keyfiyyətə qaldırmaq nəzərdə tutulur. Nazir münaqişələrin MDB daxilində əməkdaşlığın inkişafına çətinlik yaratdığını da söyləyib: “Bu münaqişələrin mövcud sülhməramlı və danışıqlar mexanizmlərinə uyğun nizamlanması üçün əlimizdən gələni edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR