Bank Of Baku

Rusiya Abxaziya ərazisində hərbi aviasiya qruplaşması yerləşdirməyi planlaşdırır

Rusiya Abxaziya ərazisində hərbi aviasiya qruplaşması yerləşdirməyi planlaşdırır
# 29 yanvar 2009 15:10 (UTC +04:00)
Moskva – APA. Rusiya müstəqil dövlət kimi tanıdığı Abxaziya ərazisində yaratdığı hərbi bazada Hərbi Hava Qüvvələrinin aviasiya qruplaşmasını yerləşdirməyi planlaşdırır. APA-nın məlumatına görə, bunu “İnterfaks” agentliyinə Moskvadakı hərbi-diplomatik mənbədən bildiriblər. Mənbə Moskvanın Abxaziyada 20-yə yaxın hərbi təyyarə, o cümlədən Su-27, Su-25 qırıcıları və hərbi-nəqliyyat təyyarəsi yerləşdirmək istədiyini deyib: “Oçamçirada Qara dəniz donanması gəmiləri üçün bazanın yaradılması, Qudauta rayonundakı Bombora aerodromunda isə Rusiya aviaqruplaşmasının yerləşdirilməsi məsələsi abxaz tərəfi ilə müzakirə olunur”.

Mənbə Bombora aerodromunun Qafqazda və Qara dəniz hövzəsində ən böyük və ən önəmli hərbi aerodrom olduğunu bildirib: “Orada aviasiya qruplaşması yerləşdirilməsi ciddi vəsait tələb etməyən işdir. Çünki bütün lazımi yerüstü infrastruktur mövcuddur”.
Qeyd edək ki, Bombora aerodromunun uçuş-enmə zolağının uzunluğu 4 kilometrdir. Zolağın dəniz sahilindən cəmi 60-70 metr aralı olması təyyarələrə havaya qalxdıqdan sonra alçaqdan uçmaq imkanı yaradır ki, bu da onların radara düşməsini çətinləşdirir. Aerodrom bütün növ hərbi və hərbi-nəqliyyat təyyarələrini qəbul etmək imkanına malikdir. Sovet dövründə burada SSRİ Hərbi Hava Qüvvələrinin qırıcı-bombardmançı və nəqliyyat aviasiyası dislokasiya olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR