Bank Of Baku

Gürcüstanın baş naziri istefa verib

Gürcüstanın baş naziri istefa verib
# 30 yanvar 2009 15:31 (UTC +04:00)
Tiflis – APA. Gürcüstanın baş naziri Qriqol Mqaloblişvili səhhəti ilə əlaqədar istefaya gedib. APA-nın “Civil Georgia”ya istinadən verdiyi məlumata görə, Q. Mqaloblişvili qərarını televiziya ilə çıxışında açıqlayıb. O, prezident Mixail Saakaşvilidən baş nazir vəzifəsinə başqa bir şəxsi təyin etməsini istədiyini deyib.

Qeyd edək ki, Q. Mqaloblişvili yanvar ayının ortalarında qan təzyiqindəki problemlə əlaqədar Tiflis xəstəxanalarını birində müalicə olunub. Sonra o, müalicə məqsədilə Almaniyaya gedib. Alman həkimləri ona “nefropatiya” (böyrəklərin infeksion iltihabı) diaqnozu qoyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR