Bank Of Baku

Gürcüstanın baş naziri postuna maliyyə naziri Nika Gilaurinin namizədliyi irəli sürülüb

Gürcüstanın baş naziri postuna maliyyə naziri Nika Gilaurinin namizədliyi irəli sürülüb
# 31 yanvar 2009 07:54 (UTC +04:00)
Tiflis – APA. Gürcüstan prezidenti Mixail Saakaşvili ölkənin baş naziri postuna hazırkı maliyyə naziri, baş nazirin birinci müavini Nika Gilaurinin təyin edilməsi təklifi ilə çıxış edib. APA-nın Rusiyanın «İnterfaks» agentliyinə istinadən verdiyi məlumata görə, bundan sonra N.Gilaurinin namizədliyini parlament təsdiqləməlidir. Lakin deputatların bu məsələyə nə zaman baxacaqları hələ məlum deyil.

M.Saakaşvili hökumətdəki dəyişiklikləri «sırf texniki» məsələ kimi qiymətləndirib və bundan başqa dəyişikliklərin olmayacağını bildirib: «Bu gün hökumət böhrana yol verməmək və sabitliyi qorumaq üçün hərbi qərargah rejimində işləməlidir».
Qeyd edək ki, N.Gilauri Tiflis Dövlət Universitetinin beynəlxalq iqtisadi əlaqələr fakültəsinin məzunudur. Bundan sonra o, təhsilini Böyük Britaniya və ABŞ-da davam etdirib. Maliyyə naziri vəzifəsinə təyin olunmamışdan öncə N.Gilauri yanacaq və energetika naziri postunu tutub.
Xatırladaq ki, Gürcüstanın baş naziri Qriqol Mqaloblişvili səhhəti ilə əlaqədar dünən istefaya gedib və bu qərarını televiziya ilə çıxışında açıqlayıb. O, yanvar ayının ortalarında qan təzyiqindəki problemlə əlaqədar Tiflis xəstəxanalarını birində müalicə olunub. Sonra isə müalicə məqsədilə Almaniyaya gedib. Alman həkimləri ona «nefropatiya» (böyrəklərin infeksion iltihabı) diaqnozu qoyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR