Bank Of Baku

Türkmənistan prezidenti məmurları ikinci təhsil almağa göndərir

Türkmənistan prezidenti məmurları ikinci təhsil almağa göndərir
# 31 yanvar 2009 09:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Nazirlər Kabinetinin hər bir əməkdaşının Dövlət Qulluğu Akademiyasında tədris kursu keçməsi barədə göstəriş verib. APA-nın məlumatına görə, dövlət başçısı bəyan edib ki, tədris kursunun sonunda keçiriləcək imtahanı verə bilməyən məmurlar tutduqları vəzifələrindən kənarlaşdırılacaq.

Prezident hesab edir ki, Türkmənistanda islahatların ləng getməsinin əsas səbəbi hökumət üzvlərinin hazırlıq səviyyəsinin lazımi səviyyədə olmaması ilə bağlıdır. Q.Berdıməhəmmədov Akademiyanın işinə şəxsən nəzarət edəcəyini bildirib.

Xatırladaq ki, bu ilin əvvəlində Q.Berdıməhəmmədov ölkənin müdafiə, sosial təminat, energetika və sənaye, rabitə nazirlərini və sərhəd xidmətinin sədrini vəzifələrindən azad edib, bir sıra məmura isə ciddi töhmət verib.

Dövlət Qulluğu Akademiyası prezidentin fərmanı ilə 2008-ci ilin sentyabrında yaradılıb və əsas məqsəd dövlət qulluqçularının peşə səviyyəsini artırmaqdır. Akademiyada iki illik tədric kursu ikinci ali təhsilə bərabərdir, ilk qəbulun isə bu ilin ilin mart ayında keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR