Bank Of Baku

Rusiyada işsizlərin sayı bir həftədə 94 min nəfər artıb

Rusiyada işsizlərin sayı bir həftədə 94 min nəfər artıb
# 02 fevral 2009 14:52 (UTC +04:00)
Moskva-APA. Son bir həftə ərzində Rusiyada işsizlərin sayı 94 min nəfər artaraq 1.642 milyon nəfərə çatıb. APA-nın məlumatına görə, işsizlərin sayı əsasən Kostroma, Lipetsk, Smolensk, Tver, Ulyanovsk, Kaluqa, Çelyabinsk, Voloqda, Orenburq və Novqorod vilayətlərində artıb. 970 müəssisə isə işçilərin bir qismini natamam iş rejiminə keçirib, yaxud məcburi məzuniyyətə buraxıb. Ölkə üzrə bu kateqoriyaya daxil işçilərin sayı 673 min nəfərdir. Qeyd edək ki, səhiyyə nazirinin müavini Maksim Topilin ölkə üzrə işsizlərin sayının 2009-cu ilin sonunda 7 milyon nəfərə çatacağını proqnozlaşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR