Bank Of Baku

Azərbaycanlı İlqar Rüstəmov Rusiyada rayon prokuroru təyin olunub - FOTO

Azərbaycanlı İlqar Rüstəmov Rusiyada rayon prokuroru təyin olunub - <font color=red>FOTO </font>
# 02 fevral 2009 15:08 (UTC +04:00)
İjevsk-APA. Rusiya baş prokurorunun sərəncamı ilə ədliyyə müşaviri İlqar Puta oğlu Rüstəmov Udmurtiya Respublikasının Yukamensk rayonunun prokuroru təyin olunub. APA-nın məlumatına görə, 1971-ci il təvəllüdlü İlqar Rüstəmov Gədəbəy rayonunun Böyük Qaramurad kəndində anadan olub. 1991-1997-ci illərdə Udmurtiya Dövlət Universitetinin hüquq fakültəsinə daxil olan soydaşımız 1994-cü ildən prokurorluq orqanlarında işə başlayıb. Şarkan rayonunda müstəntiq və prokuror köməkçisi vəzifələrində çalışan İlqar Rüstəmov 2003-cü ildən bu rayon prokurorunun müavini vəzifəsində çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR